سئچیلمیش اثرلر - یاسر فاتحی
سئچیلمیش اثرلر - یاسر فاتحی
سلام عزیز اوخوجولار
بو دفعه اؤز شعرلریمدن نمونه اوءچون اون شعر سئچیب و بیر کتاب قالبینده سیزه تقدیم ائتمک اوءچون وبلاگدا یئرلشدیردیم.
البته دقّت بویورون کی بو کتاب لاتین الفباسیندا تایپ اولونوب.

Kitabın müşəxxəsatı:
Kitabın adı: Seçilmiş əsərlər - 10 şer
Şair: Yasir Fatehi
Formət: PDF
Sayz: 331 kb
Səfhələr tedadı: 21
Şerlərdən bir nümunə
Gözümdə Şək Çəkərəm
Həmişə dəftərimə bir sınıq ürək çəkərəm
Öz əksimi sən ilən yox gözəl ki tək çəkərəm
Mənim sınıq ürəyim açmamış solub çürüdü
Onunçün heç yerə gül yox solan çiçək çəkərəm
Əl açmaram sənə bundn belə məhəbbət üçün
Nə əl bu dəftərə çəkdim nə bir ətək çəkərəm
Ged, Allahın amanında gülüm, qayıtma daha
Nə zülm edərsən elə, bil ki ey mələk, çəkərəm
Desən ki şəklimi çək, bir qara midad götürüb
Bütün üzün yerinə bir qara bəzək çəkərəm
Qan ağladım gecə-gündüz gülən zaman mənə sən
Gözümdə bir qara qan, qanlı bir bəbək çəkərəm
Bu hal ilə yenə ey gül, desən ki öl, ölərəm
Desən yaşa bu ömür yüklərin də çək, çəkərəm
Mənə deyirlər oğul, rəsmə çək məhəbbət evin
Öz əksimi salaram mən, gözümdə şək çəkərəm
1390/8/20
yükləmək üçün tikləyin - یوءکلهمک اوءچون تیکلهیین




سلام